“Ağstafa Gəncləri” “Biləsuvar”ı məğlub edərək İkinci Liqada iştirak hüququ əldə edib - YENİLƏNİB + VİDEO

29 May 2026 17:52
515
“Ağstafa Gəncləri” “Biləsuvar”ı məğlub edərək İkinci Liqada iştirak hüququ əldə edib - YENİLƏNİB + VİDEO

Futbol üzrə 2026/2027-ci illər mövsümündə İkinci Liqada çıxış etmək uğrunda keçirilən pley-off görüşündə “Ağstafa Gəncləri” “Biləsuvar” üzərində inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində hesab artıq 0:3 olsa da, matçın sonuna qədər üstün oyun nümayiş etdirən qonaqlar yekunda istəyinə çatıb. Beləliklə, “Ağstafa Gəncləri” pley-off görüşündə qalib gələrək 2026/2027-ci illər mövsümündə İkinci Liqada iştirak hüququ əldə edib.

17:20

İdman.Biz xəbər verir ki, 2026/2027-ci illər mövsümündə İkinci Liqada çıxış etmək üçün pley-off görüşündə - “Biləsuvar” -“Ağstafa Gəncləri” arasındakı qarşılaşmanın 60-cı dəqiqəsidir və hesab 0:3-dür.

11:59

Futbol üzrə 2026/2027-ci illər mövsümündə İkinci Liqada çıxış etmək üçün pley-off görüşü keçiriləcək.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşmada “Biləsuvar” və “Ağstafa Gəncləri” komandaları üz-üzə gələcək.

Matç 29 mayda Yevlax şəhər stadionunda baş tutacaq. Görüş saat 16:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək. Ona Rahil Ramazanov və Tərlan Talıbzadə kömək edəcəklər. Dördüncü hakim Ruslan Quliyev olacaq.

Görüşdə VAR hakimi Rauf Cabarov, AVAR hakimi isə Zöhrab Abbasov olacaq. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Mübariz Hüseynov təyin edilib.

İdman.Biz