Türkiyənin “Bursaspor” futbol komandasının müdafiəçisi, Azərbaycan millisinin üzvü Toral Bayramovun “Qarabağ”dan transferinin detalları məlum olub.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 25 yaşlı cinah müdafiəçisinin keçidi zamanı Türkiyə klubuna güzəşt edib.
“Qarabağ” “Bursaspor”a transfer məbləğini hissə-hissə ödəmək imkanı yaradıb. Bursa təmsilçisi futbolçunun keçidi üçün nəzərdə tutulan məbləği mərhələli şəkildə ödəyəcək.
Razılaşmada əlavə bonus bəndi də yer alıb. “Bursaspor” Türkiyə Superliqasına vəsiqə qazanacağı halda, “Qarabağ”a əlavə ödəniş ediləcək.
Toral Bayramov “Bursaspor”la üçillik müqavilə imzalayıb.
