“Sabah” bölgələrdə istedad axtarışına çıxır

29 May 2026 16:16
200
“Sabah” bölgələrdə istedad axtarışına çıxır

Azərbaycanın “Sabah” futbol klubunun akademiyası bölgələrdə yeni seçimlərə start verəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Seçimlər 30-31 mayda Qusar rayonunda keçiriləcək. Futbolçu olmaq istəyən uşaqlar “Metak Arena”da bacarıqlarını nümayiş etdirəcəklər.

Seçimlərə 2011-2015-ci il təvəllüdlü uşaqlar qatılacaqlar. Akademiya nümayəndələri bölgələrdə istedadlı futbolçuları üzə çıxarmağı və onların inkişafına dəstək verməyi hədəfləyirlər.

İdman.Biz