Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"

29 May 2026 16:08
198
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"

“Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada İtaliya yığmasına qarşı keçirəcəyi Avropa çempionatının ikinci matçında mütləq qələbə qazanmalıdır”.

Bu sözləri komandanın üzvü Mirmehdi Rzayev açıqlamasında deyib.

"Dünən İtaliya millisinin oyununa baxdıq. Görüş heç-heçə bitdi. Bu bizə də sərf edir. İtaliya ilə bugünkü matçda mütləq qələbə qazanmalıyıq.

"Avstriya ilə oyunun (1:0) ağır keçəcəyini bilirdik. Bu, ilk matçımız idi. Meydança amili də sözünü dedi. Amma yenə də qələbə qazana bildik. Bugünkü matçda da qələbəni hədəfləyirik. Qrupu lider kimi başa vurmaq niyyətindəyik. Avstriyanın bizə bu qədər müqavimət göstərəcəyini gözləmirdik. Belə güclü olduqlarını bilmirdik. Heyətlərində böyük futbolda iştirak etmiş simalar var idi", - deyə Mirmehdi Rzayev report.az-a bildirib.

Xatırladaq ki, bu gün "Tipos Arena"da keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.

İdman.Biz