Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Polşanın “Motor” futbol klubundan ayrılacaq.
İdman.Biz xəbər verir ki, Lyublin təmsilçisi hücumçu ilə başa çatacaq müqaviləni uzatmamaq qərarına gəlib.
Klubun rəsmi məlumatında Dadaşovun 30 iyunda başa çatacaq müqaviləsinin yenilənməyəcəyi bildirilib. “Motor” futbolçuya komandadakı çıxışlarına görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Dadaşov Polşa klubuna 2025-ci ilin yayında keçib. O, “Motor”un heyətində 22 oyunda meydana çıxsa da, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Qeyd edək ki, Renat Dadaşov daha əvvəl Polşada “Radomyak”ın da formasını geyinib. Hücumçu Azərbaycan millisində də çıxış edir.
