“Karvan-Yevlax”da ayrılıq: Füzuli Məmmədov dönəmi bitdi

29 May 2026 17:15
116
“Karvan-Yevlax”da ayrılıq: Füzuli Məmmədov dönəmi bitdi

“Karvan-Yevlax” futbol klubu baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, mütəxəssisin komanda ilə müqavilə müddəti başa çatıb və tərəflər əməkdaşlığı davam etdirməyib.

Klub Füzuli Məmmədova göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2025-ci ilin noyabrında “Karvan-Yevlax”ın baş məşqçisi təyin olunub. Komanda mövsümü 15 xalla başa vuraraq Premyer Liqanı tərk edib.

İdman.Biz