Murad Məmmədovun komandası Konfrans Liqasının əsas mərhələsinə yüksəldi

28 Avqust 2026 01:29
368
Murad Məmmədovun komandası Konfrans Liqasının əsas mərhələsinə yüksəldi

Azərbaycanlı vinger Murad Məmmədovun çıxış etdiyi Kiprin “Pafos” klubu UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, Kipr təmsilçisi pley-off mərhələsinin cavab oyununda Limassolda Albaniyanın “Dinamo Siti” klubunu 4:2 hesabı ilə məğlub edib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk qarşılaşmada isə komandalar 1:1 hesablı heç-heçə etmişdilər. “Pafos” qələbəni əlavə vaxtda təmin edib.

Beləliklə, iki oyunun nəticəsinə görə “Pafos” 5:3 hesabı ilə üstünlük qazanaraq Konfrans Liqasının əsas mərhələsinə yüksəlib.

Qeyd edək ki, Murad Məmmədov zədə səbəbindən bu görüşdə iştirak etməyib.

İdman.Biz