Polşanın “Rakuv” futbol komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli ölkə çempionatının (Ekstraklasa) 14-cü turunda məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, “Rakuv” səfərdə futbolçumuzun sabiq komandası olan Varşava “Legiya”sını 4:2 hesabı ilə məğlub edib.
Qarşılaşmaya start heyətində başlayan Emreli 58-ci dəqiqədə komanda yoldaşına qol ötürməsi verib.
Azərbaycanlı hücumçu 73-cü dəqiqədə əvəzlənib.
Bu qələbəyə baxmayaraq, “Rakuv” 12 xalla Polşa çempionatının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli daha əvvəl “Legiya”nın formasını geyinib.
