Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Liqasında Berlin “Dinamo”sunun qələbəsində həlledici rol oynayıb.
İdman.Biz xəbər verir ki, 16-cı turda “Babelsberq”in qonağı olan Berlin təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.
Matçda 90 dəqiqə meydanda olan Dadaşov ikinci hissəyə əlavə olunmuş ikinci dəqiqədə fərqlənərək komandasına üç xal qazandırıb.
Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran “Dinamo” turnir cədvəlində üçüncü pillədəki mövqeyini möhkəmləndirib.
