Bəxtiyar Musayev: “Gənclərə şans vermək lazımdır”

7 Noyabr 2026 14:07
26
Bəxtiyar Musayev: “Gənclərə şans vermək lazımdır”

“Ayxan Abbasovun Eşqin Əhmədov, Nihad Əhmədzadə və Lorenzo Mezzoteronu kimi gənc futbolçuları milliyə dəvət etməsi sevindirici haldır”.

Bu sözləri millinin sabiq üzvü, AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev deyib.

Təcrübəli mütəxəssis Ayxan Abbasovun gənc futbolçuları milliyə dəvət etməsini alqışladığını bildirib.

“Eşqin və Nihadın U-21-in heyətində Çexiyaya qarşı oyunlarını canlı izləmişəm. Hər üç futbolçunun potensialı var. Gələcəkdə millimizin əsas üzvlərinə çevrilə bilərlər. Yaşlı futbolçuları dəvət etməkdənsə, belə gənclərə şans vermək lazımdır. Ayxan Abbasovun bu addımını alqışlayıram. Yerli futbolçularımızın bəzilərində arxayınlaşmaq xüsusiyyəti var. Buna görə də gənc oyunçular bu hissi kənara qoymalı, üzərlərində daha çox çalışmalıdırlar”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Eşqin Əhmədov, Nihad Əhmədzadə və Lorenzo Mezzoterono əsas milliyə ilk dəfə dəvət olunublar.

İdman.Biz