“Liverpul”un baş məşqçisi Andoni İraola futbolçularına meydanda bilərəkdən yıxılmağı tövsiyə etdiklərini bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə “Arsenal”la oyundan sonra danışıb.
“Düzünü desəm, bəli. Futbolçularımıza yıxılmağı deməli oluruq, çünki əks halda hakimlər qayda pozuntusu qeydə almırlar. Sonra isə hakimlər onların yıxılmasından şikayətlənirlər. Amma yıxılmasan, heç nə təyin etmirlər.
İsakın epizodunda açıq-aşkar penalti var idi. O, qapı qarşısında başı ilə topa zərbə vurmağa çalışırdı, rəqib isə formasından dartaraq buna mane oldu. Bunu hamı gördü. Top Aleksin qarşısından keçdi və mən penalti təyin edilməməsinin səbəbini başa düşmürəm. Çox güman ki, o, yıxılmadığına, özünü yerə atmadığına görə penalti verilmədi. Amma bu, penalti təyin etməmək üçün əsas olmamalıdır”, – deyə İraola açıqlamasında bildirib.
Qeyd edək ki, bazar günü keçirilən “Arsenal” – “Liverpul” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün bir epizodunda London klubunun müdafiəçisi Yurriyen Timber hücumçu Aleksandr İsakın formasından dartaraq onun ötürməni qapıya yönəltməsinə mane olub. Lakin baş hakim Endi Medli penalti təyin etməyib.
