“Çətin oyun olacağını bilirdik”.
Bu sözləri “Neftçi”nin futbolçusu Denzel Jubitana deyib.
Oyunçu “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 11-ci turunun oyunu haqqında fikirlərini bölüşüb.
“Üç xal qazandıq. Bunun üçün çox xoşbəxtəm. Milli fasilə olacaq. Ondan sonra qələbələr qazanmaq istəyirik. Ümid edirəm ki, mövsümün sonunda istəyimizə çatacağıq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
O, Surinam millisinə dəvət alması ilə bağlı da danışıb:
“Yığmaya çağırıldığım üçün sevinirəm. Millinin şərəfini qorumaq mənim üçün qürurdur. Oradada şans qazanacağıma inanıram. Məşqçi mənə şans versə, oyun ritmindən düşməyəcəyəm”.
Xatırladaq ki, “Neftçi” hazırda 24 xalla liderdir.
