Toral Bayramov Türkiyədə inanılmaz avtoqola imza atdı - VİDEO

6 Noyabr 2026 23:12
52
Toral Bayramov Türkiyədə inanılmaz avtoqola imza atdı

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci Liqasında “Bursaspor”un heyətində uğursuz epizodla yadda qalıb.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə çempionatın 14-cü turunda “Antalyaspor”la səfər matçında baş verib.

Qarşılaşmanın 26-cı dəqiqəsində Keleçi İheanaçonun qolu ilə önə keçən “Bursaspor” ilk hissənin əlavə vaxtında üstünlüyünü itirib.

45+6-cı dəqiqədə Toral Bayramov cərimə meydançasının kənarından topu uzaqlaşdırmaq istəyərkən uğursuz zərbə endirib. Top irəli çıxmış qapıçı Kerem Matışlının üzərindən keçərək qapıya daxil olub.

İkinci hissədə “Bursaspor” yenidən önə keçmək üçün imkanlar yaratsa da, bunlardan yararlana bilməyib. Amine Butranın zərbəsi dirəkdən qayıdıb, 90-cı dəqiqədə Ertuğrul Ersoyun vurduğu qol isə ofsayd səbəbindən qeydə alınmayıb.

Start heyətində meydana çıxan Toral Bayramov 79-cu dəqiqədə Barış Göklə əvəzlənib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Bursaspor” ardıcıl beş səfər qələbəsindən sonra ilk dəfə rəqib meydanında xal itirib.

İdman.Biz