Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Petrolul” Rumıniya Superliqasında növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Ployeşti təmsilçisi 15-ci turda səfərdə "UTA Arad" klubunu 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Hüseynov 65-ci dəqiqədə Luço Veqanı əvəzləyərək meydana daxil olub.
Oyunun taleyini 71-ci dəqiqədə Mario İonitsanın vurduğu qol həll edib. Qonaqlar minimal üstünlüyü sonadək qoruyublar.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran “Petrolul” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
