Albaniyanın “Eqnatiya” futbol komandası ölkə çempionatının 11-ci turunda doğma meydanda “Vora” üzərində 5:1 hesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Roqojina şəhərində təşkil olunan görüşdə meydan sahiblərinin qollarını Altin Kryeziu (35), Daniel Adjessa (73), Fernando Medeiros (80), Redi Kasa (85) və Alessandro Albaneze (90) vurublar.
Qonaqların yeganə qoluna 69-cu dəqiqədə Bernard Karritsa imza atıb.
Bu qələbədən sonra “Eqnatiya” xallarının sayını 27-yə çatdıraraq Albaniya Superliqasında liderliyini möhkəmləndirib. Komanda 11 oyunda doqquz qələbə qazanıb və iki dəfə məğlub olub. İkinci pillədəki “Teuta”nın 20 xalı var.
“Vora” isə 12 xalla səkkizinci pillədə qərarlaşıb.
