Kiprin “Pafos” futbol komandasında çıxış edən azərbaycanlı vinger Murad Məmmədov ölkə çempionatının doqquzuncu turunda növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, “Pafos” doğma meydanda “Omoniya 29 May”ı 4:2 hesabı ilə məğlub edib.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Məmmədov 59-cu dəqiqədə meydana daxil olub. Həmin vaxt meydan sahibləri artıq dörd qolun hamısını vurmuşdular.
Bu qələbədən sonra “Pafos” xallarının sayını 16-ya çatdıraraq Kipr çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.
