Bundesliqa: “Bayer” “Köln”ü səfərdə məğlub edərək ilk beşlikdə yerini qoruyub

8 Noyabr 2026 20:37
40
Bundesliqa: “Bayer” “Köln”ü səfərdə məğlub edərək ilk beşlikdə yerini qoruyub

Almaniyanın “Bayer” futbol komandası Bundesliqanın doqquzuncu turunda səfərdə “Köln”ü 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Kölndə keçirilən qarşılaşmada hesab yeddinci dəqiqədə açılıb. Qonaqların ispaniyalı yarımmüdafiəçisi Aleş Qarsiya fərqlənərək komandasını önə keçirib.

İlk hissə “Bayer”in minimal üstünlüyü ilə başa çatıb. İkinci hissədə də hesab uzun müddət dəyişməyib.

85-ci dəqiqədə Leverkuzen təmsilçisinin çexiyalı hücumçusu Patrik Şik fərqi iki topa çatdırıb - 0:2.

Meydan sahibləri əsas vaxta əlavə olunan ikinci dəqiqədə qollardan birinin əvəzini çıxıblar. Said Əl-Mala fərqlənərək yekun hesabı müəyyənləşdirib - 1:2.

Bu nəticədən sonra “Bayer” xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Köln” isə doqquz oyundan topladığı doqquz xalla 15-ci yerdədir.

Qeyd edək ki, Almaniya Bundesliqasına 21 xalla Münhen “Bavariya”sı başçılıq edir.

İdman.Biz