Liqa 1: “Lill” “Renn”i məğlub edərək PSJ-ni izləməyə davam edir

8 Noyabr 2026 20:23
45
Liqa 1: “Lill” “Renn”i məğlub edərək PSJ-ni izləməyə davam edir

Fransanın “Lill” futbol komandası Liqa 1-in 10-cu turunda səfərdə “Renn”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində Soriba Diaune və Natan Nqoy fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Bulaye Dia vurub.

Bu nəticədən sonra “Lill” xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Komanda 23 xalla lider olan PSJ-dən iki xal geri qalır.

Ardıcıl ikinci məğlubiyyətini alan “Renn” isə 17 xalla beşinci pilləyə enib.

İdman.Biz