Türkiyənin “Qalatasaray” və “Fənərbağça” futbol klubları Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfərin altıncı ildönümü münasibətilə paylaşım ediblər.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçiləri rəsmi sosial şəbəkə hesablarında Azərbaycan xalqına təbrik ünvanlayıblar.
“Qalatasaray”ın “X” sosial şəbəkəsində yayımladığı paylaşımda deyilir:
“Dost və qardaş ölkəmiz Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edirik!”

“Fənərbağça” da 8 Noyabr münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Əziz və qardaş Azərbaycanımızı Zəfər Günü münasibətilə təbrik edirik!” - deyə klubun paylaşımında bildirilib.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsinin və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin şərəfinə Zəfər Günü kimi qeyd olunur.
