Futbol üzrə Misli Premyer Liqasının üçüncü turunda əzəli rəqibi “Turan Tovuz”u qəbul edəcək “Kəpəz”in heyəti ilə bağlı son vəziyyət məlum olub.
Gəncə təmsilçisinin sözçüsü Gəray Qiyasov fanat.az-a bildirib ki, komandada cəzalı futbolçu yoxdur.
O, həmçinin hücumameyilli yarımmüdafiəçi Rəhman Hacıyevin zədəsini sağaldaraq kollektiv məşqlərə başladığını söyləyib.
Qeyd edək ki, “Kəpəz” - “Turan Tovuz” qarşılaşması avqustun 30-da keçiriləcək. Təmir edilmiş Gəncə şəhər stadionunda reallaşacaq görüş saat 18:00-da başlayacaq.
