UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” və Niderlandın “Tvente” komandası üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk hissədə hesab açılmayıb. İkinci yarıda isə “Qarabağ” 59-cu dəqiqədə Kadi Borgesin qolu ilə önə keçib. Lakin 79-cu dəqiqədə Marko Pyatsa hesabı bərabərləşdirib.
“Tvente” əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə Maks Brunsun qolu ilə hesabı 2:1-ə çatdırıb. Bununla da iki oyunun nəticəsinə görə ümumi hesab bərabərləşib - 2:2. Matç əlavə vaxta keçib.
Əlavə vaxtda - 94-cü dəqiqədə Vaut Veqhorst “Tvente”ni hesabda önə keçirib. 107-ci dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq meydandan qovulub.
114-cü dəqiqədə Niderland təmsilçisi daha bir qol vurub və qarşılaşmada hesabı 4:1-ə çatdırıb.
Beləliklə, ilk oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” iki görüşün nəticəsinə əsasən 2:4 hesabı ilə uduzub və UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
22:44
“Qarabağ” - “Tvente” oyununun əlavə vaxtının 114-cu dəqiqəsində qonaqlar daha bir qol vuraraq hesabı 1:4 ediblər.
22:35
Marko Yankoviç 107-ci dəqiqədə qırmızı vərəqə aldı. “Qarabağ” hesabda geri düşdüyü vaxtda azalıqda qalır.
22:19
Veghorst 94-cü dəqiqədə "Tvente"ni hesabda önə çıxarır - 1:3. (Ümumi hesab - 2:3)
22:10
“Qarabağ” - “Tvente” oyununda əlavə vaxt oynanılır. 90+2-ci dəqiqədə "Tvente"nin futbolçusu Maks Brunsun vurduğu qol ümumi hesabı bərabərləşdirib - 2:2.
22:07
“Qarabağ” – “Tvente” oyununda rəqib önə keçib. Oyuna əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə qonaqların heyətindən Maks Bruns hesabı artırıb: 2:1
21:58
“Qarabağ” – “Tvente” oyununda hesab bərabərləşib. 79-cu dəqiqədə fərqlənən Marko Pyatsa olub - 1:1.
21:36
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” – “Tvente” oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 59-cu dəqiqəsində Kadi Borges fərqlənərək “Qarabağ”ı hesabda önə keçirib.
Hazırda “Qarabağ” – “Tvente” matçında hesab 1:0-dır.
21:16
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" (Niderland) matçında ikinci hissə başladı.
İdman.Biz xəbər verir ki, birinci hissədə hesab açılmayıb.
21:06
UEFA Avropa Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” - “Tvente” oyununda birinci hissə başa çatdı.
İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədə hesab açılmayıb.
20:00
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – “Tvente” oyunu 15 dəqiqə gecikmə ilə başlayıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Ağdam təmsilçisi Niderland klubunu qəbul edir.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
19:16
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Tvente" (Niderland) matçı üçün heyətlər açıqlanıb.
İdman.Biz xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:
"Qarabağ": 23. Martin Zlomisiçliç, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo, 49. Əli Bəşirov.
"Tvente": 1 Lars Unnerştall, 38 Bruns, 43 Nistad, 3 Robin Pröpper (k), 28 Bart van Roy, 6 Ramiz Zeruki, 42 Veydmann, 27 Öryaseter, 11 Daan Rots, 19 Taha, 9 Vaut Veqhorst.
Ehtiyat oyunçular: 16 Drommel, 22 Pasyer, 4 Kjölo, 7 Pyatsa, 12 Qilherme Peyşoto, 17 Torvaldsen, 20 Van den Belt, 24 Kurowski, 25 Venneqor of Hesselink, 26 Nagel, 29 Adelqard, 39 Meilink.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
09:28
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” futbol klubu bu gün Bakıda Niderlandın “Tvente” komandası ilə cavab matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Saat 20:00-da start veriləcək görüşü norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Foto: İslam Atakişiyev
