“Çelsi” “Barselona”nı 100 milyon avrodan çoxluq təkliflə sınağa çəkəcək

24 Oktyabr 2026 07:39
107
“Çelsi” “Barselona”nı 100 milyon avrodan çoxluq təkliflə sınağa çəkəcək

“Çelsi” “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesə marağını davam etdirir və ispaniyalı futbolçunun transferi üçün yeni təklif hazırlayır.

İdman.Biz El Nacional-a istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçu üçün 100 milyon avrodan (təxminən 197 milyon manat) çox ödəməyə hazırdır. London təmsilçisi ötən yay da Lopesi heyətinə qatmağa çalışsa da, tərəflər arasında razılıq əldə olunmayıb.

“Çelsi” rəhbərliyi ispaniyalı yarımmüdafiəçinin universallığını yüksək qiymətləndirir. Lopes hücumameyilli yarımmüdafiəçi mövqeyində oynamaqla yanaşı, forvardlara dəstək verməyi və meydanın dərinliyindən hücumlara qoşulmağı bacarır.

Bununla belə, London klubunun böyük məbləğ təklif etməsi transferin baş tutacağına zəmanət vermir. “Barselona” futbolçunu heyətində saxlamaq istəyir. Lopesin özü də Kataloniya klubunda vəziyyətindən razıdır və komandasını dəyişməyə tələsmir.

Qeyd edək ki, Transfermarkt portalı Fermin Lopesin bazar dəyərini 110 milyon avro qiymətləndirir. Onun “Barselona” ilə qüvvədə olan müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

İdman.Biz