Portuqaliya voleybol millisi Rumıniyanı gərgin oyunda məğlub edib - YENİLƏNİB

27 Avqust 2026 21:45
1 491
Portuqaliya voleybol millisi Rumıniyanı gərgin oyunda məğlub edib

Bakıda təşkil olunan qadın voleybolu üzrə Avropa çempionatının (CEV Trendyol EuroVolley 2026 Women) C qrupunda növbəti oyun keçirilib.

İdman.Biz xəbər verir ki, yeddinci günün qarşılaşmasında Portuqaliya və Rumıniya komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən görüş Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Setlərdə hesab belə olub: 15:25, 26:24, 20:25, 27:25, 15:13.

Qarşılaşma Bakıdakı Milli Gimnastika Arenasında keçirilib.

18:21

Bakıda təşkil olunan qadın voleybolu üzrə Avropa çempionatının C qrupunda növbəti oyun keçirilib.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında Belçika və Niderland milliləri üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş Belçika yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Belçika xallarının sayını 13-ə çatdıraraq qrupda liderliyini davam etdirib. Niderland isə 9 xalla ikinci pillədə qərarlaşıb.

C qrupunda günün digər matçında saat 18:30-da Portuqaliya və Rumıniya komandaları qarşılaşacaq.

Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-dək Bakıda keçiriləcək.

09:13

Qadın voleybolçular arasında Avropa çempionatının Bakıda keçirilən C qrupunda bu gün iki qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, Günün ilk oyununda Niderland və Belçika yığmaları üz-üzə gələcəklər. Qarşılaşma saat 15:30-da başlayacaq.

Günün digər matçında isə Portuqaliya Rumıniya ilə qarşılaşacaq. Bu görüşün start fiti saat 18:30-da səslənəcək.

Qeyd edək ki, bu gün Azərbaycanın qadınlardan ibarət milli komandası istirahət günü keçirəcək. Millimiz sabah, avqustun 28-də Faiq Qarayevin rəhbərliyi altında Niderland yığması ilə qarşılaşacaq.

Azərbaycan millisi daha əvvəl Portuqaliyanı (3:1), İspaniyanı (3:0) və Rumıniyanı (3:2) məğlub edib, Belçikaya isə 0:3 hesabı ilə uduzub.

C qrupunda hazırkı turnir cədvəli:

Belçika – 11 xal
Niderland – 8 xal
Azərbaycan – 8 xal
Portuqaliya – 3 xal
Rumıniya – 2 xal
İspaniya – 1 xal

İdman.Biz