UEFA Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri məlum oldu - YENİLƏNİB + VİDEO

27 Avqust 2026 21:15
1 504
UEFA Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri məlum oldu

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın bütün rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, “Sabah” dörd oyunu Bakıda, dörd qarşılaşmanı isə səfərdə keçirəcək.

Bakı klubu doğma meydanda İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya” Dortmund, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya” futbol klubları ilə üz-üzə gələcək.

“Sabah” səfərdə isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” futbol klubları ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final qarşılaşması 2027-ci il iyunun 5-də Madriddə baş tutacaq.

21:11

"Sabah"ın səkkizinci rəqibi Norveçin "Vikinq" klubu oldu. Matç səfərdə baş tutacaq.

21:07

Təmsilçimizin növbəti rəqibi “Slaviya Praqa“ olacaq. “Sabah” Çexiya klubunu Bakıda qəbul edəcək.

21:04

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində altıncı rəqibi “Napoli” olacaq. İtaliya klubu tarixində ilk dəfə Bakıya gələcək.

20:58

Təmsilçimizin növbəti rəqibi İspaniyanın "Vilyareal" komandası oldu. Bu oyun səfərdə baş tutacaq.

20:52

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində dördüncü rəqibi "Mançester Yunayted" oldu. Təmsilçimiz İngiltərə təmsilçisi ilə səfərdə qarşılaşacaq.

20:48

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü rəqibi "Borussiya Dortmund" oldu. Bu qarşılaşmada da Bakıda keçiriləcək.

20:43

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı ilk iki rəqib müəyyənləşib.

İdman.Biz xəbər verir ki, təmsilçimiz İngiltərədə “Arsenal”ın qonağı olacaq, Bakıda isə “Barselona”nı qəbul edəcək.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək davam edəcək.

Turnirin final matçı 2027-ci il iyunun 5-də Madriddə keçiriləcək.

20:05

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsi üçün püşkatma mərasimi başladı. Azərbaycan təmsilçisi “Sabah” futbol klubunun rəqibləri məlum olacaq.

10:15

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsində Azərbaycan təmsilçisi “Sabah” futbol klubunun rəqibləri bu gün məlum olacaq.

İdman.Biz xəbər verir ki, püşkatma mərasimi Monakoda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Püşkatmadan əvvəl yarışda iştirak edəcək 36 komandanın yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” 4-cü səbətdə yer alıb.

1-ci səbət: PSJ (Fransa), “Bavariya” (Almaniya), “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Liverpul”, “Arsenal”, “Mançester Siti” (hamısı İngiltərə), “İnter” (İtaliya).

2-ci səbət: “Borussiya” Dortmund (Almaniya), “Roma” (İtaliya), “Sportinq”, “Portu” (hər ikisi Portuqaliya), “Mançester Yunayted”, “Aston Villa” (hər ikisi İngiltərə), “Brügge” (Belçika), “Betis” (İspaniya), PSV (Niderland).

3-cü səbət: ”Feyenoord” (Niderland), “Lill” (Fransa), “Budö-Qlimt” (Norveç), “Napoli” (İtaliya), “Leyptsiq” (Almaniya), “Vilyarreal” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Qalatasaray”, “Fənərbağça” (hər ikisi Türkiyə).

4-cü səbət: ”Slaviya” (Çexiya), “Slovan” (Slovakiya), “Ştutqart” (Almaniya), AEK (Yunanıstan), LASK (Avstriya), “Komo” (İtaliya), “Lans” (Fransa), “Vikinq” (Norveç), “Sabah” (Azərbaycan).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.

İdman.Biz