“Qarabağ” futbol klubunun yeni transferləri Taofik İsmahil və Reda Xadranın keçidi üçün ödədiyi pulun məbləği məlum olub.
İdman.Biz xəbər verir ki, transfer dəyəri 1,5 milyon avro (təxminən 3 milyon manat) olan 26 yaşlı nigeriyalı vinger Taofik İsmahilin keçidi üçün Ağdam təmsilçisi 1 milyon avro (təxminən 2 milyon manat) təzminat ödəyib. Vinger Polşanın “Qurnik” (Zabje) klubundan transfer olunub və onunla 2029-cu ilin iyunun 30-na kimi müqavilə imzalanıb.
1.2 milyon avro (təxminən 2,1 milyon manat) transfer dəyəri olan Reda Xadranın keçidi üçün də təmsilçimiz 1 milyon avro (təxminən 2,1 milyon manat) xərcləyib. Fransanın “Reyms” klubundan transfer olunan 25 yaşlı almaniyalı futbolçu ilə 2028-ci ilin iyun ayının sonunadək sözləşmə imzalanıb.
Beləliklə, “Qarabağ” iki yeni futbolçunun transferinə ümumilikdə 2 milyon avro (təxminən 4 milyon manat) xərcləyib.
Qeyd edək ki, İsmahil karyerasında “Şeyd”, “Fredrikstad”, “Valorenqa”, “Loryan”, “Beveren” və “Lex” kimi klublarda çıxış edib. Dortmund “Borussiya”sının yetirməsi olan Xadra isə daha əvvəl “Brayton”, “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və “Havr”da oynayıb. Alman futbolçu ölkəsinin U-18 və U-21 milli komandalarında da forma geyinib.
