“Qarabağ”ın legionerlərinə millidən dəvət gəldi

29 May 2026 15:37
230
“Qarabağ”ın legionerlərinə millidən dəvət gəldi

Azərbaycanın “Qarabağ” futbol klubunun iki legioneri ölkələrinin milli komandalarına dəvət alıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi Marko Yankoviç Monteneqro millisinin heyətinə cəlb olunub. “Qarabağ”ın qapıçısı Mateuş Koxalski isə Polşa yığma komandasına çağırılıb.

Hər iki futbolçu milli komandalarının qarşıdakı oyunları üçün hazırlıq prosesində iştirak edəcək.

İdman.Biz