“Arsenal” yayda hazırkı klubunu tərk edə biləcək “Çelsi”nin yarımmüdafiəçisi və kapitanı Entso Fernandesin vəziyyətini izləyir.
İdman.Biz bu barədə “Caught Offside” saytına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Fernandezə maraq göstərsə də, “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali heyətini gücləndirmək üçün “topçular”ın əsas seçimidir. Vurğulanır ki, “Çelsi” oyunçusunun potensial transferi riskli ola bilər, çünki bu, 120 milyon avroya başa gələcək və dünya çempionatının qalibinin müntəzəm oyun günü futbol oynayacağına zəmanət verilmir.
Daha əvvəl media orqanları Fernandesə “Real Madrid” və “Mançester Siti”dən maraq göstərildiyini bildirmişdilər.
