Edeqor: “Bütün həyatım boyu Çempionlar Liqasını qazanmağı arzulamışam”

29 May 2026 20:37
114
Edeqor: “Bütün həyatım boyu Çempionlar Liqasını qazanmağı arzulamışam”

“Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor turnirin finalında PSJ ilə qarşılaşmadan əvvəl Çempionlar Liqasını qazanmaq arzusundan danışıb.

İdman.Biz bildirir ki, oyun sabah, 30 may tarixində Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Uşaqlığımdan, futbol oynamağa başladığımdan bəri Çempionlar Liqasını arzulamışam. Bütün həyatım boyu”, - deyə Edeqor bildirib.

Yarımfinalda PSJ “Bavariya”nı ümumi hesabda 6:5 məğlub edib. Yarışın eyni mərhələsində “Arsenal” “Atletiko Madrid”i ümumi hesabda 2:1 məğlub edib.

İdman.Biz