Bu gün UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün qalibi bəlli olacaq.
İdman.Biz xəbər verir ki, finalda son çempion PSJ İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq.
Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.
PSJ ardıcıl ikinci Çempionlar Liqası titulunu qazanmağa çalışacaq. “Arsenal” isə klub tarixində ilk dəfə bu kuboku başı üzərinə qaldırmağı hədəfləyir.
Qeyd edək ki, komandalar UEFA turnirlərində indiyədək yeddi dəfə üz-üzə gəlib. Tərəflərin hərəsi iki qələbə qazanıb, üç matç isə heç-heçə başa çatıb.
