Ronaldinyo ÇL finalı ərəfəsində PSJ-yə dəstək olub - FOTO

30 May 2026 11:23
145
Ronaldinyo ÇL finalı ərəfəsində PSJ-yə dəstək olub - FOTO

Braziliyalı sabiq ulduz futbolçu Ronaldinyo Çempionlar Liqasının finalı ərəfəsində sosial şəbəkə hesabında paylaşım edib.

İdman.Biz xəbər verir ki, braziliyalı finalda PSJ ilə “Arsenal” arasında keçiriləcək qarşılaşma öncəsi Paris təmsilçisinə dəstəyini ifadə edib.

“İrəli, Paris”, – deyə Ronaldinyo hekayə bölməsində yazıb və PSJ formasında çəkilmiş arxiv fotosunu paylaşıb.

Qeyd edək ki, Ronaldinyo 2001–2003-cü illərdə PSJ-nin şərəfini qoruyub.

İdman.Biz