Marko Yankoviç “Qarabağ”dan ayrılır? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

11 Noyabr 2026 16:46
47
Marko Yankoviç “Qarabağ”dan ayrılır? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Son günlər mətbuatda “Qarabağ”ın futbolçusu Marko Yankoviçin klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Bu barədə İdman.Biz-ə Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Monteneqrolu futbolçunun klubla qüvvədə olan müqaviləsi var və komanda ilə məşqləri davam etdirir”, - deyə klubdan bildirilib.

Qeyd edək ki, Yankoviç Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə səfər matçı zamanı komanda yoldaşı Mateus Silva ilə mübahisə edib. Baş məşqçi Qurban Qurbanov hər iki futbolçunu cəzalandırıb. Belə ki, onları həmin görüşün fasiləsində əvəzləyib, növbəti turda “Turan Tovuz”la qarşılaşmada isə meydana buraxmayıb.

Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.

İdman.Biz