2026-cı il dünya çempionatının iştirakçıları arasında futbolçuların aktual transfer dəyərlərinə əsasən tərtib olunan ən bahalı milli komandaların reytinqi dərc edilib.
İdman.Biz xəbər verir ki, "The Touchline" tərəfindən yayımlanan siyahıda ilk yeri Fransa milli komandası tutur.
Hazırkı dünya vice-çempionunun heyəti ümumilikdə 1,47 milyard avro dəyərində qiymətləndirilir.
Reytinqdə ikinci pillədə İngiltərə milli komandası qərarlaşıb. Komandanın ümumi bazar dəyəri 1,32 milyard avrodur.
İlk üçlüyü isə İspaniya milli komandası tamamlayır. Avropa çempionunun futbolçularının ümumi transfer dəyəri 1,27 milyard avro təşkil edir.
İlk beşlikdə həmçinin Almaniya milli komandası (1,01 milyard avro) və Portuqaliya milli komandası yer alıb.
