Joao Pedro Ançelottinin qərarından danışdı

28 May 2026 14:38
192
Joao Pedro Ançelottinin qərarından danışdı

İngiltərənin “Çelsi” futbol komandasının hücumçusu Joao Pedro Braziliya millisinin Dünya Çempionatı üçün heyətinə düşməməsi barədə danışıb.

İdman.Biz xəbər verir ki, 15 qol vurduğu Premyer Liqa mövsümündən sonra “Çelsi”də ilin futbolçusu seçilən braziliyalı hücumçu Karlo Ançelottinin yekun siyahısına daxil edilməyib.

Futbolçu italiyalı mütəxəssisin yanaşmasını belə izah edib:

“O deyir ki, bir nəfəri istəmir. O, qrupu istəyir. Çünki qrupun bir nəfərdən daha güclü olduğuna inanır”.
Joao Pedro Ançelottinin nüfuzunu da xüsusi vurğulayıb:

“Düşünürəm ki, o danışanda insanlar dinləyir. Çünki hər şeyi qazanıb. Futbolçularla münasibətdə isə hamı ilə əlaqə qurmağa çalışır”.

İdman.Biz