Neymar helikopterlə gəldi, gündəm dəyişdi - FOTO/VİDEO

28 May 2026 03:25
291
Neymar helikopterlə gəldi, gündəm dəyişdi - FOTO/VİDEO

Braziliyanın “Santos” futbol komandasında çıxış edən Neymar 2026-cı il Dünya Çempionatı öncəsi millinin düşərgəsinə fərqli gəlişi ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Braziliya millisinin ulduz futbolçusu toplanış məkanına şəxsi helikopteri ilə enib.

Neymarın lüks dizaynlı qara helikopterdən düşdüyü anlar media nümayəndələri və sosial şəbəkə istifadəçiləri tərəfindən lentə alınıb. Onun bu seçimi qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Bəzi azarkeşlər və şərhçilər futbolçunun millinin düşərgəsinə bu formada gəlməsini “həddindən artıq göstəriş” kimi dəyərləndiriblər. Xüsusilə milli komanda ruhunun daha sadə davranış tələb etdiyini düşünənlər Neymarın komanda yoldaşlarından fərqli görüntü yaratmasını tənqid ediblər.

Helikopterin dəyərinin 13 milyon avro (26 milyon AZN) olduğu bildirilir.

Neymar düşərgəyə gəldikdən sonra komanda yoldaşları, o cümlədən baş məşqçi Karlo Ançelotti ilə səmimi görüş görüntüləri də yayılıb.

Qeyd edək ki, Neymar 2026-cı il Dünya Çempionatı üçün Braziliya millisinin heyətinə daxil edilib. “Reuters” daha əvvəl futbolçunun kiçik baldır zədəsi keçirdiyini, lakin millinin toplanışına qoşulmasının gözlənildiyini yazıb.

İdman.Biz