Misli Premyer Liqası təmsilçisi “Şamaxı” futbolçusu Kərim Rossi ilə vidalaşıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat yayıb.
32 yaşlı isveçrəli hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, K.Rossi “Şamaxı”ya 2025-ci ilin yayında cəlb olunmuşdu. İsveçrəli hücumçu Kərim Rossi bu mövsüm Şamaxı heyətində Azərbaycan Premyer Liqasında 10 qol vurub.
