2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Çempionatı ərəfəsində ABŞ-də bilet satışı ilə bağlı narahatlıq yaranıb.
İdman.Biz “Newsweek” nəşrinə istinadən xəbər verir ki, ABŞ-də turnirin bəzi oyunlarına bilet tələbatı gözləniləndən aşağıdır. Analitiklər bunu FIFA-nın qiymət siyasəti ilə əlaqələndirirlər.
Məlumata görə, qrup mərhələsinin oyunları üçün ən çox satışda qalan bilet Atlantadadır. Bu şəhərdə hazırda 5414 bilet mövcuddur. Siyahıda sonrakı yerləri 4402 biletlə Filadelfiya, 4230 biletlə Los-Anceles və 4217 biletlə San-Fransisko tutur.
Qeyd olunur ki, biletlərin qiymətindəki yüksək rəqəmlər və dinamik qiymət modeli azarkeşlərin narazılığına səbəb olur.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
