Premyer Liqa: “Kəpəz” və “Neftçi” üz-üzə

23 May 2026 09:16
78
Premyer Liqa: “Kəpəz” və “Neftçi” üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçiriləcək ilk oyun "Kəpəz" və "Neftçi" klubları arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Bakı təmsilçisi 56 xalla dördüncü, Gəncə klubu 27 xalla onuncu pillədə qərarlaşıb.

Misli Premyer Liqası
Üçüncü dövrə, 33-cü tur
23 may (şənbə)

15.00. “Kəpəz” - “Neftçi”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
M.H. Sumqayıt ş. st.

Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.

İdman.Biz