İtaliyanın “Parma” futbol komandası A Seriyasının 38-ci turunda “Sassuolo” ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, meydan sahibləri oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar.
Görüşün birinci hissəsi gərgin mübarizə şəraitində keçib. Baş hakim yeddinci dəqiqədən 30-cu dəqiqəyə qədər futbolçulara dörd sarı vərəqə göstərib. Buna baxmayaraq, fasiləyədək hesab açılmayıb.
Matçın taleyi 80-ci dəqiqədə həll olunub. Pontus Almkvist məhsuldar ötürmə ilə yadda qalıb, Mateo Pelleqrino isə topu qapıdan keçirərək “Parma”ya qələbə qazandırıb.
Bu nəticədən sonra “Parma” xallarının sayını 45-ə çatdırıb və A Seriyasında 12-ci pilləyə yüksəlib. “Sassuolo” isə 49 xalla 11-ci sırada qərarlaşıb.
