Azərbaycan Premyer Liqasında çıxış edən “Qəbələ” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
İdman.Biz bildirir ki, klub Qəbələ şəhər stadionunda “Kəpəz”i qonaq edib.
Matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
“Qəbələ”nin qollarını Paulo Quimbila və Nuğay Rəşidov vurublar.
“Qəbələ” hazırlıq çərçivəsində daha 4 yoxlama oyunu keçirəcək.
