Şəhid futbolçunun qardaşı “Xankəndi”ni doğma şəhərdə gözlədiklərini deyir - VİDEO

20 Sentyabr 2026 17:59
80
Şəhid futbolçunun qardaşı “Xankəndi”ni doğma şəhərdə gözlədiklərini deyir - VİDEO

20 Sentyabr - Xankəndi Şəhəri Günü münasibətilə şəhər sakini, şəhid qardaşı Elman Vəliyev “Xankəndi FK”nın doğma şəhərinə qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Elman Vəliyevin qardaşı Rizvan Vəliyev vaxtilə Xankəndinin futbol klubunda hücumçu kimi çıxış edib. O, 1992-ci il yanvarın 28-də Xocalıda şəhid olub.

Elman Vəliyev bildirib ki, “Xankəndi FK”nın doğma şəhərində ev oyunlarını keçirməsi onun üçün xüsusi anlam daşıyır. Onun sözlərinə görə, klubun Xankəndiyə qayıtması və matçlarını burada keçirməsi Rizvan Vəliyevin timsalında şəhidlərin ruhunu da şad edəcək.

“Klubumuzu Xankəndi şəhərində böyük həvəslə gözləyirik!” - deyə Elman Vəliyev fikirlərini yekunlaşdırıb.

İdman.Biz