Kurban Berdiyev “Zirə” üzərində qazanılan qələbəni şərh etdi

19 Sentyabr 2026 21:04
91
Kurban Berdiyev “Zirə” üzərində qazanılan qələbəni şərh etdi

“Turan Tovuz” Misli Premyer Liqasının altıncı turunda doğma meydanda “Zirə”ni 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis ilk olaraq futbolçularına və azarkeşlərə təşəkkür edib:

“Uşaqlara əzmkarlıqlarına görə təşəkkürümü bildirdim. Allaha da təşəkkür edirəm ki, futbolçulara kömək oldu və azarkeşlərə qələbə sevinci bəxş etdik”.

Berdiyev hakimlərin sərt oyuna münasibəti ilə bağlı sualı da cavablandırıb:

“Əgər hər iki tərəfə eyni dərəcədə yanaşılırsa, onda normaldır”.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun aut atışı zamanı ədalətsizlik olduğu ilə bağlı fikirlərinə münasibət bildirən Berdiyev isə cavabında başqa epizodu xatırladıb:

“Turan Tovuz”un epizodu ilə bağlı heç nə demədi? Ruan Renato Jo Batistanı itələyəndə ikinci sarı vərəqə düşmürdü? Gəlin, oyun haqda danışaq”.

İdman.Biz