“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Bakıda keçmiş komanda yoldaşı Elvin Cəfərquliyevlə görüşüb.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi sosial şəbəkə hesabında Almeyda ilə birgə fotosunu paylaşıb.
Cəfərquliyev paylaşımına ingilis dilində “Welcome Richiii” (“Xoş gəlmisən, Riçi”) sözlərini əlavə edib.
Xatırladaq ki, 37 yaşlı Almeyda 2025-ci ildə “Qarabağ”dan ayrılıb. Ağdam klubunda ümumilikdə 11 mövsüm çıxış etmiş yarımmüdafiəçi hazırda Braziliyanın “Primavera” komandasında oynayır.
