“Neftçi” “Kəpəz”lə oyuna hazırlığı başa çatdırıb - FOTO

5 Noyabr 2026 19:45
19
“Neftçi” “Kəpəz”lə oyuna hazırlığı başa çatdırıb - FOTO

“Neftçi” Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz”lə keçirəcəyi oyuna hazırlığını yekunlaşdırıb.

İdman.Biz xəbər verir ki, paytaxt klubu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

“Ağ-qaralar” son məşqdən fotolar paylaşaraq azarkeşləri qarşılaşmada komandaya dəstək olmağa çağırıblar.

Qeyd edək ki, “Neftçi” - “Kəpəz” matçı noyabrın 6-da saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək.

İdman.Biz