Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Murad Musayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
İdman.Biz Rusiyanın “krasnodar_whatnews” Instagram səhifəsinə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis “Sabah”ın baş məşqçi postuna namizədlər siyahısına daxil edilib.
Məlumata görə, Musayev “Krasnodar”dan ayrılaraq Bakı klubunun sükanı arxasına keçə bilər.
“Sabah”ın Valdas Dambrauskasın rəhbərliyi altında uğurlu çıxışı və UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsindən sonra litvalı mütəxəssisin Avropa klublarından cəlbedici təklif alacağı və komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Musayev 2021-2024-cü illərdə “Sabah”ı çalışdırıb və komandanı Azərbaycan Premyer Liqasının gümüş medallarına daşıyıb.
