Ağadadaş Salyanski U-21 futbol millisinin heyətinə çağırıldı

20 Sentyabr 2026 14:40
88
Ağadadaş Salyanski U-21 futbol millisinin heyətinə çağırıldı

Azərbaycanın U-21 futbol millisinin Avropa çempionatının seçmə mərhələsində qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.

İdman.Biz xəbər verir ki, komandaya dəvət alan futbolçular arasında Ağadadaş Salyanski də yer alıb.

U-21 millimiz sentyabrın 25-də evdə Çexiya, sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da isə yenidən doğma meydanda Cəbəllütariq yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda “Araz-Naxçıvan”da çıxış edən Ağadadaş Salyanski 2026/27 mövsümündə Azərbaycan Premyer Liqasında üç oyunda 142 dəqiqə meydanda olub, iki qol vurub və bir məhsuldar ötürmə verib. Ötən mövsüm "Neftçi"nin heyətində isə 14 oyuna (269 dəqiqə) iki qol və bir məhsuldar ötürmə müəllifi olub. Cari ilin avqust ayında bir mövsümlük “Araz-Naxçıvan”a transfer olunub.

İdman.Biz