Misli Premyer Liqasının altıncı turunda “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, matçın 27-ci dəqiqəsində Rikardo Apolinario penalti zərbəsini dəqiq yerinə yetirərək “Şamaxı”nı hesabda önə çıxarıb - 1:0.
32-ci dəqiqədə Ağadadaş Salyanskiy tarazlığı bərpa edib - 1:1. Bu, onun mövsümdə üçüncü qolu olub.
36-cı dəqiqədə “Şamaxı” yenidən penalti zərbəsi qazanıb. Apolinario ikinci dəfə 11 metrlik nöqtədən dəqiq oynayaraq hesabı 2:1 edib.
İkinci hissədə hesab dəyişməyib və “Şamaxı” meydanı üç xalla tərk edib.
Qeyd edək ki, altı turdan sonra şamaxı doqquz xalla altıncı, “Araz-Naxçıvan” isə iki xalla 12-ci pillədədir.
17:37
“Şamaxı” - “Araz-Naxçıvan” matçında ikinci hissə başladı.
İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra hesab 2:1-dir.
17:22
Misli Premyer Liqasının altıncı turu çərçivəsində keçirilən “Şamaxı” - “Araz-Naxçıvan” matçının ilk hissəsi meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunun 27-ci dəqiqəsində Rikardo Apolinario penalti zərbəsini dəqiq yerinə yetirərək “Şamaxı”nı hesabda önə çıxarıb - 1:0.
32-ci dəqiqədə Ağadadaş Salyanskiy hesabı bərabərləşdirib - 1:1. 36-cı dəqiqədə “Şamaxı” yenidən penalti zərbəsi qazanıb. Apolinario ikinci dəfə 11 metrlik nöqtədən dəqiq oynayaraq hesabı 2:1 edib.
Komandalar fasiləyə “Şamaxı”nın 2:1 hesablı üstünlüyü ilə yollanıblar.
17:07
Oyunun 36-cı dəqiqəsində "Şamaxı" penalti zərbəsiiləyenidən önə çıxır. Apolinario hesabı 2:1 edir.
17:04
Ağadadaş Salyanskiy 32-ci dəqiqədə hesabı bərabərləşdirir - 1:1. Bu, Salyanskiyin mövsümdə üçüncü qoludur.
16:57
Oyunun 27-ci dəqiqəsində "Şamaxı" penalti zərbəsindən hesabı açır. 11 metrlik zərbəni dəqiq yerinə yetirən Rikardo Apolinario oldu.
16:28
Misli Premyer Liqasının altıncı turu çərçivəsində keçirilən “Şamaxı” - “Araz-Naxçıvan” oyunu başladı.
15:26
Azərbaycan Premyer Liqasında keçiriləcək “Şamaxı” - “Araz-Naxçıvan” oyununun start heyətləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
“Şamaxı”: 1. Rikardo Fernandes (k), 80. Həbib İsmayılov, 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 9. Tornike Axvlediani, 3. Jota, 4. Rui Paşeko, 52. Abdul Raşid Mumini.
Baş məşqçi: Azər Bağırov.
“Araz-Naxçıvan”: 99. Tərlan Əhmədli, 7. Rövlan Muradov, 26. Ömər Buludov, 2. Abdulla Rzayev, 9. Ağadadaş Salyanskiy, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 11. Mohamed Mara, 36. Mamadu Kane, 5. Luka Dumançiç, 23. Alberto Fernandes.
Baş məşqçi: Zaur İsmayılov.
09:31
Bu gün Misli Premyer Liqasının altıncı turuna iki oyunla yekun vurulacaq. Günün ilk oyununda “Şamaxı” futbol komandası “Araz-Naxçıvan”la qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək.
Görüş saat 16:30-da başlayacaq. Matçın baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rahil Ramazanov və Zöhrab Abbasov kömək edəcəklər. Elvin Bayramov ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
VAR hakimi Emin Əliyev, AVAR hakimi isə Elşad Abdullayev olacaq. Görüşün hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi isə Emin Cəfərovdur.
Komandalar Azərbaycan çempionatında indiyədək 11 dəfə qarşılaşıblar. “Şamaxı” iki, “Araz-Naxçıvan” yeddi qələbə qazanıb, daha iki görüş heç-heçə başa çatıb. Top fərqi 5:12-dir.
“Araz-Naxçıvan” texniki nəticə nəzərə alınmasa, bu rəqibə qarşı son doqquz oyunda məğlub olmayıb. “Şamaxı” isə tərəflər arasındakı son iki qarşılaşmadan xalsız və qolsuz ayrılıb.
Sonuncu dəfə komandalar 18 mart 2026-cı ildə Şamaxıda qarşılaşıblar. “Araz-Naxçıvan” həmin görüşdə 1:0 hesabı ilə qalib gəlib.
