Azərbaycan Premyer Liqası: “Kəpəz”lə “Sumqayıt” 36-cı dəfə üz-üzə gələcək

20 Sentyabr 2026 10:05
103
Azərbaycan Premyer Liqası: “Kəpəz”lə “Sumqayıt” 36-cı dəfə üz-üzə gələcək

“Kəpəz” futbol komandası bu gün doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, altıncı turun son qarşılaşması Gəncə şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.

Matçın baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər. Ruslan Quliyev ehtiyat hakim funksiyasını yerinə yetirəcək.

VAR hakimi Fərid Hacıyev, AVAR hakimi isə Kərim Zeynalov olacaq. Görüşün hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi isə Elgiz Abbasovdur.

Komandalar Azərbaycan çempionatında indiyədək 35 dəfə qarşılaşıblar. “Kəpəz” 11, “Sumqayıt” 14 qələbə qazanıb, 10 görüş isə heç-heçə başa çatıb. Top fərqində “Sumqayıt” üstündür - 44:35.

Tərəflər arasındakı son beş oyunda meydan sahibi olan komanda qalib gəlib. Son üç qarşılaşmanın hər birində ümumilikdə üç qol vurulub.

Sonuncu dəfə komandalar 2 may 2026-cı ildə qarşılaşıblar. “Kəpəz” həmin görüşdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəlib.

İdman.Biz