Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı

13 Noyabr 2026 13:05
23
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

Raundun matçları iki günü əhatə edəcək. “Sabah” - “İmişli” matçı dekabrın 1-də, “Neftçi” - “Şəfa” və “Sumqayıt” - “Qarabağ” qarşılaşmaları dekabrın 2-də keçiriləcək.

Azərbaycan Kuboku

1/8 final mərhələsi
1 dekabr (çərşənbə axşamı)

14:00. “Karvan-Yevlax” - “Zirə”
Yevlax şəhər stadionu

16:00. “Sabah” - “İmişli”
“Sabah Arena”

19:00. “Turan Tovuz” - “Kəpəz”
Tovuz şəhər stadionu

2 dekabr (çərşənbə)
14:00. “Araz-Naxçıvan” - “Marafon”
Şamaxı şəhər stadionu

16:00. “Qəbələ” - “Şahdağ Qusar”
Qəbələ şəhər stadionu

16:00. “Neftçi” - “Şəfa”
“Palms Sports Arena”

19:00. “Gəncəbasar” - “Şamaxı”
Gəncə şəhər stadionu

19:00. “Sumqayıt” - “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İdman.Biz