“Sumqayıt”ın legioneri: “Komandamız hər matçla inkişaf edir”

13 Noyabr 2026 11:55
34
“Sumqayıt”ın legioneri: “Komandamız hər matçla inkişaf edir”

“Ölkəyə və kluba getdikcə daha çox uyğunlaşıram. Bu, gündəlik işimi asanlaşdırır və oyunlar ərzində inkişafımda həlledici rol oynayır”.

Bu sözləri “Sumqayıt”ın futbolçusu Keffel Resende deyib.

27 yaşlı müdafiəçi Azərbaycandakı çıxışından danışıb.

“Hazırkı formamdan, xüsusilə də matçlar zamanı komandama kömək edə bildiyim üçün məmnunam”, - deyə o sport24.az-a açıqlamasında bildirib.

Braziliyalı oyunçu “kimyaçılar”ın hədəflərindən də söz açıb:

“Komandamız hər matçla daha da inkişaf edir. Şükürlər olsun ki, ardıcıl iki qələbə qazanmışdıq. Son iki görüşdə heç-heçə etmişik. Məqsədimiz növbəti turlarda bu uğurlu tempi davam etdirməkdir. Bunun üçün çox çalışırıq”.

Qeyd edək ki, “Sumqayıt” hazırda 11 turdan sonra 10 xalla doqquzuncu pillədə qərarlaşıb. Komandanın ehtiyatda daha bir oyunu var.

İdman.Biz