Son günlər mətbuatda “Qarabağ”ın futbolçusu Pedro Bikalyonun çəkisini azaltmaq üçün qarşısına xüsusi şərt qoyulduğu, lakin braziliyalı oyunçunun verilən tapşırığın öhdəsindən gələ bilmədiyi barədə məlumat yayılıb.
İddialara görə, əvvəlki fiziki formasını bərpa etməkdə çətinlik çəkən cənubi amerikalı futbolçu bunun nəticəsində 10 min dollar (17 min AZN) məbləğində cərimələnib.
Məsələ ilə bağlı İdman.Biz Ağdam klubunun mətbuat xidməti ilə əlaqə saxlayıb. Klubdan bildirilib ki, Pedro Bikalyonun cəzalandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, Pedro Bikalyo 2025-ci ilin yayından “Qarabağ”da çıxış edir. Ağdam təmsilçisi braziliyalı futbolçu ilə əməkdaşlığını davam etdirmək qərarına gəlib və bu ilin iyununda onunla müqavilənin müddətini uzadıb. Tərəflər arasında imzalanan yeni üçillik sözləşmə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
